Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlin qadını'' seçilsə də tənqid olundu - FOTOlar

''İlin qadını'' seçilsə də tənqid olundu - FOTOlar

Tarix: 17 Dekabr 2021 14:10

Ötən gecə "GQ Türkiyə" jurnalının "Men of The Year" ("İlin adamı") mükafatlandırma mərasimində Türkiyədə 2021-ci ilin ən yaxşıları seçilib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, gecədə "İlin qadını" nominasiyası üzrə qalib aktrisa Öykü Karayel olub. Onun çıxışı da həm tədbir, həm də ekran qarşısında olan izləyicilər tərəfindən bəyənilib. O, çıxışı zamanı ona dəstək olan həyat yoldaşı, müğənni Can Bonomoya xüsusi təşəkkür edib:

"Bütün stressimi, ağrılarımı çəkən və sinəsində təsəlli verən sevimli həyat yoldaşıma təşəkkür edirəm".

Öykünün nitqi və onu göz yaşları içində dinləyən Canın videosu sosial media izləyiciləri tərəfindən bəyənilsə də, bu nominasiya üzrə niyə məhz onun seçildiyinə anlam verə bilməyiblər.

"Mənə görə, o qədər də yaxşı aktrisa deyil, hər qarşılarına çıxanı seçirlər", "Tənqid etmək istəmirəm, amma nəyə əsasən ilin qadını seçilib?", "Öyküyü sevirəm, amma "İlin qadını" seçilmək üçün nə edib ki, mənim gözümdən yayınıb", "Necə olub ki, bu mükafatı alıb?" aktrisanın ünvanına yazılan şərhlərdən yalnız bir neçəsidir.

Qeyd edək ki, gecədə "İlin aktyoru" Salih Bademci, "İlin ekran ulduzu" İbrahim Çelikkol, "İlin yüksələn ulduzu" Onur Seyit Yaran, "İlin sənətçisi" Seçkin Pirim seçilib.

Milli.Az


Etiketlər:  İlin qadını seçilsə tənqid olundu FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ