Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 100-ə yaxın karxananın fəaliyyəti dayandırılıb - VİDEO

Azərbaycanda 100-ə yaxın karxananın fəaliyyəti dayandırılıb - VİDEO

Tarix: 17 Dekabr 2021 15:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları karxanalarda monitorinqlər keçiriblər. Nəticədə ölkə ərazisində fəaliyyət göstərən ümumilikdə 100-ə yaxın karxananın fəaliyyəti dayandırılıb.

Sonxeber.net Xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib ki, monitorinqlər zamanı "Azərkosmos"dan alınan məlumatlardan da istifadə edilib.

Monitorinqlər zamanı karxanalarda və qum-çınqıl yataqlarında yerin təkindən qanunsuz istifadə halları aşkar edilib. Bununla yanaşı, karxanalarda, qum-çınqıl yataqlarında köhnə avadanlıqlardan isfadə edildiyi və qanunvericilikdən kənar fəaliyyət növləri ortaya çıxıb.

Samir Qurbanov bildirib ki, bəzi karxanların yerin təkindən istifadə etməsi nəticəsində həmin ərazilərdə xammal ehtiyatı tükənib. Buna görə də orada karxanaların ümumiyyətlə fəaliyyət göstərməsinə qadağa qoyulub. Aşkar edilən pozuntulara görə həmin karxanaların çoxu  ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Samir Qurbanov onu da qeyd edib ki, karxanalar yerin təkindən düzgün istifadə etmədikdə və hasilat normadan artıq çıxarıldıqda torpaqlar erroziyaya uğramaqla yanaşı, ekoloji sistemə də ciddi zərər dəyir.

Qeyd edək ki, monitorinqlər davam etdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Azərbaycanda yaxın karxananın fəaliyyəti dayandırılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ