Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taksi sürücülərinə qarşı quldurluq edən şəxs tutulub - VİDEO

Taksi sürücülərinə qarşı quldurluq edən şəxs tutulub - VİDEO

Tarix: 17 Dekabr 2021 15:54

Sabirabadda taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanılıb.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, Sabirabad və Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da rayon ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib.

Adəm Namazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.

Onun digər bənzər əməllərinin olub-olmaması ətraflı araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Taksi sürücülərinə qarşı quldurluq edən şəxs tutulub VİDEO


RƏYLƏR