Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 16:20
Salyan rayonunda yerləşən "Dəmiryolservis" MMC-nin əməkdaşları 8 aydır ki, əmək haqlarını ala bilmədiklərini bildiririlər. Onlarının sözlərinə görə, sonuncu sifariş bitdikdən sonra onsuz da müəssisənin fəaliyyəti müvəffəqəti dayandığı üçün əmək haqları 3\2 maaş cədvəli ilə hesablanırdı. Amma bu vəsiti də uzun müddətdir ki, ala bilmirlər.
Sonxeber.net Xezerxeber.az-a istinadən bildirir ki, müəssisənin əməkdaşları xatırladır ki, əvvəllər də əmək haqlarının ödənilməsində gecikmələr olurdu. Amma bu ləngimələr iki-üç aydan çox çəkmirdi və maaşlar bütün aylar üçün hesablanıb ödənilirdi. İşçilər bildirir ki, dəfələrlə müəssisiənin rəhbərliyi ilə görüşüb problemlərini bildirsələr də, müsbət nəticəyə nail ola bilməyiblər.
"Dəmiryolservis" MMC-nin Rels qaynaqlama sahəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, müəssisə 25 metrlik relslərdən uzun ölçülü rels pletlərinin qaynaqlanması işlərini icra edir: "Hazırda rels qaynaqlama sahəsinin sifarişləri yoxdur. Bununla əlaqədar olaraq 2021-ci ilin yanvar ayından rels qaynaqlama sahəsinin işləri dayandırılıb. Nəticədə də işçilərin əmək haqqları yeddi aydır ki, gecikdirilir".
Bildirilib ki, Rusiya Federasiyasından 25 metrlik relslər sifariş verilib, hal-hazırda yoldadır: "Bu işlərin icrasına başlanıldıqdan sonra əmək haqları ilə yaranmış problemlər aradan qaldırılacaq".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: