Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omikron klassik Coviddən 70 dəfə yoluxucudur

Omikron klassik Coviddən 70 dəfə yoluxucudur

Tarix: 17 Dekabr 2021 23:06

COVID-19-un ən çox mutasiyaya uğramış növü olan "Omikron"un 70 dəfə daha yoluxucu olduğu məlum olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Honq-Konq Universitetinin alimləri məlumat verib.

Bildirilib ki, Honq-Konq alimlərinin gəldiyi nəticə Cənubi Afrikadakı alimlərin fikirləri ilə üst-üstə düşüb.

Araşdırma mütəxəssislərin sözlərinə görə, "Omikron" delta variantından və ya orijinal COVID-19 virusundan 70 dəfə daha sürətli ötürülür və virusun xəstələrə yoluxmasından 24 saat sonra bronxlarda yayılır.

Lakin tədqiqatçı Maykl Çan Çi-vai "Omikron" variantının təsirinin ağciyər toxumalarında əvvəlki COVID-19 viruslarına nisbətən daha az olduğunu müəyyən edib. Alim ağciyərlərdə təxminən 10 dəfə az çoxalan "Omikron" variantının bu səbəbdən daha yumşaq ola biləcəyi fikrini irəli sürüb.

Araşdırmada omikron variantının bir insandan digərinə daha tez ötürüldüyü, eyni zamanda yeni variantın əvvəlki viruslar kimi ağciyər toxumalarına zərər vermədiyi qeyd olunub. /medicina.az


Etiketlər:  Omikron klassik Coviddən dəfə yoluxucudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ