Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 07:08
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Araz Əhmədov COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən işlədiyi yerdə aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.
A.Əhmədov barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır.