Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsal “Ərzurum BB”ni zirvəyə buraxmadı

Vüsal “Ərzurum BB”ni zirvəyə  buraxmadı

Tarix: 18 Dekabr 2021 19:30

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Keçiörəngücü" Türkiyə çempionatının I liqasında növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, təmsilçimizin komandası öz meydanında "Ərzurum BB" ilə görüşüb.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Matça fasilədən sonra daxil olan Vüsal 90+7-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas edib. Bu bərabərlik qolu "Ərzurum BB"ni liderliyə yüksəlməsinə mane olub. Bu, İsgəndərlinin Ankara təmsilçisindəki 4-cü çempionat qoludur.

Qeyd edək ki, 17 oyunda 19 xal toplayan "Keçiörəngücü" 14-cü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Vüsal Ərzurum BBni zirvəyə buraxmadı


RƏYLƏR