Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 13:10
"Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan tərəfinin saxlanılan 10 erməni hərbçini evə qaytarmasına görə şadam".
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.
Toivo Klaar qeyd edib ki, bu, humanitar məsələlərin həlli prosesində Azərbaycan tərəfindən vacib bir jestdir: "Avropa İttifaqı Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Aİ Şurasının prezidenti arasında uğurlu görüşlərə əsaslanaraq hər iki ölkə ilə işləməyə davam edəcək".