Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhidimizin atası koronavirusdan vəfat etdi - FOTOlar

Şəhidimizin atası koronavirusdan vəfat etdi - FOTOlar

Tarix: 19 Dekabr 2021 16:02

Vətən müharibəsi şəhidi, baş leytenant Hikmət Səfərovun atası İldırım Səfərov vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, şəhid atası oğlunun il mərasimindən bir gün sonra, dekabrın 9-da koronavirusa yoluxub və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İldırım Səfərov vaxtilə Ağdam rayon Yusifcanlı kənd məktəbinin direktoru olub.

Əlavə edək ki, İldırım Səfərovun oğlu ötən ilin dekabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant uzun müddət komada qalmışdı. Ötən ilin dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşmuşdu.

Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib.

Milli.Az


Etiketlər:  Şəhidimizin atası koronavirusdan vəfat etdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ