Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hörümçək adam”ların gəlirləri açıqlandı

“Hörümçək adam”ların gəlirləri açıqlandı

Tarix: 20 Dekabr 2021 09:50

"Hörümçək adam" silsiləsindən sonuncu filmin bu günlərdə dünya nümayişinə çıxmasının ardından indiyədək baş qəhrəmanları canlandıran aktyorların qonorarları açıqlanıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, indiyədək silsilədən ən yüksək gəlir əldə edən Tobi Maquaerdir.

O, 2002-ci ildə ekranlara çıxmış ilk "Spider-Man"ə görə 4, ikincisinə görə 17.5, üçüncüsünə görə isə 15 milyon dollar alıb.

2012 və 2014-cü illərdə istehsal olunmuş "Möhtəşəm hörümçək adam" filmlərində baş rolu ifa edən Endryu Qarfild ilk filmdən yarım, ikincisindən isə iki milyon dollar qonorar əldə edib.

Sonuncu "Hörümçək adam" olan Tom Holland isə "Spider-Man: Homecoming" (2017) filmi üçün 1.5, "Spider-Man: Far From Home" (2019) üçünsə 4 milyon dollar alıb.


Etiketlər:  Hörümçək adamların gəlirləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ