Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 74 yaşlı qonşusunu binanın qarşısında öldürdü

Bakıda 74 yaşlı qonşusunu binanın qarşısında öldürdü

Tarix: 20 Dekabr 2021 11:08

Dekabrın 19-u saat 22 radələrində paytaxtın Xətai rayon sakini 1947-ci il təvəllüdlü Vaqif Hüseynovun öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1970-ci il təvəllüdlü Ceyhun Rizayevin yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Bakıda yaşlı qonşusunu binanın qarşısında öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ