Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni canlı növü kəşf edildi: Mindən çox ayağı var - VİDEO

Yeni canlı növü kəşf edildi: Mindən çox ayağı var - VİDEO

Tarix: 20 Dekabr 2021 17:50

Avstraliyalı elm adamları Avstraliyanın qərbində 1306 ayağı və uzunluğu 95 millimetr olan yeni qırxayaq növü kəşf ediblər.

Yeni növ yerin təxminən 60 metr dərinliyində aşkar olunub.

Sonxeber.net telegraf.com-a istinadən xəbər verir ki, diametri təxminən 1 millimetr olan qırxayaq Yunan mifologiyasında yeraltı dünyanın ilahəsi Persefonun şərəfinə "Eumillipes Persefon" adlandırılıb.

Eumillipes Persefon 1306 ayaqla qırxayaq növləri arasında rekordu ələ keçirib.

Elm adamları yeni növün qısa ayaqları ilə birlikdə ən azı 330 hissədən ibarət uzun, sap kimi bədənə malik olduğunu bildiriblər. Digər tərəfdən, həmin ərazidə aparılan üç ayrı qazıntıda səkkiz Eumillipes Persefon qırxayağı tapılıb.

Qırxayaq növləri arasında ayaq sayına görə rekord ABŞ-ın Kaliforniya ştatında yaşayan və 750-yə yaxın ayağı olan İllakme plenenesə məxsus idi.

Tədqiqat qrupundan olan Paul Marek yeni növün ayaqlarının sayılmasının təxminən 1 saat vaxt apardığını deyib. O, bu canlının bədən quruluşunun və ayaqlarının ona itələyici güc yaratmasına və bunun ayaqları ilə dar boşluqlardan keçməsinə imkan verdiyini söyləyib.


Etiketlər:  Yeni canlı növü kəşf edildi Mindən çox ayağı VİDEO


RƏYLƏR