Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 08:36
Türkiyədə gecə yarısı yanacaq qiymətlərində planlaşdırılan artımların ləğv edildiyi açıqlanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
"Məlum olduğu kimi, neft qiymətləri və valyuta hərəkətləri yanacaq qiymətlərini ən çox təyin edən amillərdir. Valyutadakı eniş ən qısa zamanda yanacaq qiymətlərinə də əks olunacaq", - açıqlamada qeyd edilib.
Təşkilat həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi iqtisadi tədbirlərə dəstək verən sektor nümayəndələrinə təşəkkür edib.