Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadının intim fotolarını dostlarına göndərdi - Barəsində cinayət işi qaldırıldı

Arvadının intim fotolarını dostlarına göndərdi - Barəsində cinayət işi qaldırıldı

Tarix: 21 Dekabr 2021 12:30

36 yaşlı rusiyalı arvadının intim fotolarını dostlarına göndərdiyinə görə barəsində cinayət işi qaldırılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 22 yaşlı qadın Moskvada polis bölməsinə müraciət edərək əri ilə bir müddət əvvəl boşanmaq qərarına gəldiyini və iki aydır ayrı yaşadığını bildirib.

Zərərçəkmiş ailənin dostlarından öyrənib ki, kişi onun şəkillərini gizli şəkildə tanışları arasında paylayıbmış. Motiv də bəlli deyil. Svetlana hesab edir ki, Sergey onu alçaldıb və təhqir edib. Qadın şərəf və ləyaqətini qorumaq üçün vəkil də tutub. Cinayət Məcəlləsinin 137-ci ("Şəxsi həyatın toxunulmazlığının pozulması") və 242-ci ("Pornoqrafiya materiallarının qanunsuz istehsalı və dövriyyəsi") maddələri ilə ittiham olunan ərin fotoları göndərməzdən əvvəl arvadını şantaj etdiyi məlum olarsa, o zaman daha bir maddə əlavə olunacaq.

Anar Əli


Etiketlər:  Arvadının intim fotolarını dostlarına göndərdi Barəsində cinayət işi qaldırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ