Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada qazın qiymətində tarixi rekord

Avropada qazın qiymətində  tarixi rekord

Tarix: 21 Dekabr 2021 23:48

Avropada qazın qiyməti min kubmetr üçün 2100 dollardan yuxarı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Londonun "İCE Futures" birjasının məlumatında bildirilib.

Məlumata görə, Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2107 dollar səviyyəsində ticarəti başa vurub.

Beləliklə, Avropada gündəlik qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.

Avropada qazın qiymətinin sürətlə artması səhər tezdən başlayıb. Qazın qiyməti ardıcıl olaraq 1800 dolları, 1900 dolları keçərək tarixi rekordu qırıb.

Sonra isə sürətini azaltmadan 2000 dollarlıq həddi keçib. Sonradan 2100 dolları keçərək, 2200 dollara yaxınlaşıb. Daha sonra min kubmetr üçün 2190,4 dollara qədər artıb.

Milli.Az


Etiketlər:  Avropada qazın qiymətində tarixi rekord


RƏYLƏR