Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BNA-dan əhaliyə çağırış

BNA-dan əhaliyə çağırış

Tarix: 22 Dekabr 2021 09:50

Bakı Nəqliyyat Agentliyi (BNA) qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən Milli.Az-a verilən məlumatda bildirilir ki, 23-24 dekabr tarixlərində paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bəzi yerlərdə qar yağacağı ehtimal edilir.

"Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir"-məlumatda qeyd edilir.

Həmçinin bildirilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir: "Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər", - BNA qeyd edir.

Milli.Az


Etiketlər:  əhaliyə çağırış


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ