Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçumuz dünya çempionatının yarımfinalında

Cüdoçumuz dünya çempionatının yarımfinalında

Tarix: 30 Avqust 2019 11:20

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanlı idmançı dünya çempionatında yarımfinala yükəslib.

Trend-in məluamtına görə, Tokioda keçirilən dünya çempionatında 100 kq çəkidə tatamiyə çıxan idmançımız Elmar Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gələrək qələbə qazanıb.

Növbəti görüşdə o, Rusiyanı təmsil edən erməni Arman Adamyanla üz-üzə gəlib. A.Adamyana qalib gələn Qasımov 1/8 finala yüksəlib. Cüdoçumuz 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə görüşərək ipponla qalib gəlib. Yarımfinala gedən yolda Qasımov hollandiyalı Mixael Korrel üz-üzə gəlib və 3 dəqiqə 10 saniyəyə ipponla qələbə qazanıb.

Elmar Qasımovun finala vəsiqə uğrunda görüşdə rəqib portuqaliyalı Jorje Fonseka olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cüdoçumuz dünya çempionatının yarımfinalında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ