Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 14:55
"Ata-ana pisdir deyən adam Allahın lənətlənmiş məxluqudur. Allah ona bəla verər. Hər iki valideyn də müqəddəsdir".
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, bu sözləri "Təsir dairəsi" verilişində Əməkdar artist Elza Seyidcahan söyləyib. Sənətçi uşağını anasından ayıran bir şəxsə hiddətlənərək bunları deyib:
"O ananı yerə vurmusunuz, onda analıq qalmayıb. Ana ağlayanda siz utanmadınız? Uşaq 16 yaşına qədər anada qalmalıdır. İndi qanunlar dəyişib, bu 10 yaş olub".