Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəzər TV''dən ayrılan Zaur Murad barədə danışdı: ''Ərizəmi yazdım...''

''Xəzər TV''dən ayrılan Zaur Murad barədə danışdı: ''Ərizəmi yazdım...''

Tarix: 22 Dekabr 2021 16:45

Aparıcı Zaur Kamal "Xəzər TV"nin rəhbəri Xalq artisti Murad Dadaşovu ad günü münasibəti ilə təbrik edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, aparıcı "Həmin Zaur" verilişində bildirib ki, M.Dadaşovun rəhbərliyi altında olan "Xəzər" telekanalından öz ərizəsi ilə ayrılıb:

"Hamımız onu yaxşı tanıyırıq. Mənim də əvvəllər rəhbərim, müdirim olub. Çoxu elə bildi ki, mən oradan başqa səbəblərdən işdən çıxmışam. Amma mən ərizəmi yazdım. Amma bilirəm ki, mənim xətrimi çox istəyir. Mənim də ona hörmətim sonsuzdur. Murad Dadaşovun ad günüdür. Onu təbrik edirəm. Arzu edirəm ki, Allah verən ömrü istədiyiniz kimi yaşayasınız. 

Qeyd edək ki, Z.Kamal "Xəzər" telekanalında "5/5" və "Ay Zaur" verilişinin aparıcısı olub. O həmin TV-nin radiosunda da aparıcılıq edirdi. 


Etiketlər:  Xəzər TVdən ayrılan Zaur Murad barədə danışdı Ərizəmi yazdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ