Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç pandemiya ilə mübarizədə yeni məhdudiyyətlərə getməyə məcbur olub

İsveç pandemiya ilə mübarizədə yeni məhdudiyyətlərə getməyə məcbur olub

Tarix: 22 Dekabr 2021 23:02

İsveç pandemiya ilə mübarizədə yeni məhdudiyyətlərə getməyə məcbur olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 21-də İsveç hökuməti və ölkənin İctimai Səhiyyə Agentliyi Milad bayramı ərəfəsində COVID-19 ilə mübarizə üçün yeni məhdudiyyətlərin işə düşməsi haqqında məlumat yayıb.

Krallığın Baş naziri Maqdalena Andersson verdiyi açıqlamada deyib: "Ölkədə virusla bağlı vəziyyət həyəcanvericidir. İnfeksiyanın yayılma tempi sürətlə artır və biz səhiyyənin yükünün artmasının şahidiyik. Üstəlik, koronavirusun omikron adlı yeni variantının yayılması bizi daha çox narahat edir".

"İsveç xalqına müraciət etmək istəyirəm ki, biz ortaq məsuliyyəti öz üzərimizə götürməliyik və indi yeni reallığa uyğunlaşmalıyıq", - deyən Maqdalena Andersson vaxt qazanmaq üçün pandemiya ilə mübarizə istiqamətində yeni məhdudiyyətlərə ehtiyac olduğunu qeyd edib.

Yeni qaydalar, xüsusilə restoranlarda əyləşən müştəri qrupları arasında ən azı bir metr məsafənin qorunması şərti ilə masaların yerləşdirilməsinə məcbur edir. "Bu, o deməkdir, təəssüf ki, Yeni il ərəfəsində gecə klublarında heç bir şənlik olmayacaq", - deyə Maqdalena Andersson bildirib.

Restoranlarda yeni qaydalarla yanaşı, ticarət və əyləncə mərkəzləri də insan sıxlığı ehtimalını məhdudlaşdırmaq üçün tədbirlər görməli olacaq. Ümumən 20-dən çox iştirakçısı olan ictimai tədbirlərdə isə bütün qonaqlar üçün əvvəlcədən yer ayrılmalıdır.

İsveçdə keçirilən hər hansı bir tədbirin təşkilatçıları peyvənd sertifikatlarının təqdim edilməsini tələb etmədiyi təqdirdə, qruplar bir-birindən məsafə saxlamalı və hər biri səkkiz nəfərlə məhdudlaşmalıdır. Öz növbəsində 500-dən çox iştirakçının qatıldığı ictimai tədbirlər ciddi nəzarət altında keçiriləcək və qonaqlar yalnız peyvənd sertifikatı təqdim edildikdən sonra əraziyə buraxılacaq.

Yeni tədbirlər dekabrın 23-dən qüvvəyə minəcək.


Etiketlər:  İsveç pandemiya ilə mübarizədə yeni məhdudiyyətlərə getməyə məcbur olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ