Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 12:16
Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya görüşünün biletləri satışa çıxarılıb.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, qiymətlər 4-cü kateqoriya 2, 3-cü kateqoriya – 3, 2-ci kateqoriya – 4, 1-ci kateqoriya – 5, VIP isə 20 manatdır.
Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək.