Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin bu şəhərində küçəyə çıxmaq qadağan olundu

Çinin bu şəhərində küçəyə çıxmaq qadağan olundu

Tarix: 23 Dekabr 2021 08:57

Çinan Sian şəhərində koronavirusa yoluxma hallarının kəskin artması səbəbilə insanların küçəyə çıxması qadağan edilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeni qərara əsasən, vacib təlabatı qarşılamaq məqsədiylə hər evdən yalnız bir nəfər küçəyə çıxa bilər.

Bundan başqa, uzaq məsafə üzrə hərəkət edən sərnişin avtobuslarının və təyyarələrin hərəkəti də dayandırılıb.

İşə getməsi zəruri olmayan işçilərin onlayn rejimdə çalışmasına dair çağırış edilib.

Qeyd edək ki, 13 milyon əhalinin yaşadığı şəhərdə idman zalları, əyləncə məkanları və kinoteatrların da fəaliyyəti müvəqqəti olaraq qadağan edilib.


Etiketlər:  Çinin şəhərində küçəyə çıxmaq qadağan olundu


RƏYLƏR