Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda son üç ay: dollara tələbatın iki dəfə artım səbəbi nədir?

Azərbaycanda son üç ay: dollara tələbatın iki dəfə artım səbəbi nədir?

Tarix: 23 Dekabr 2021 10:12

Cari ilin noyabrında Azərbaycanda nağd dollar alışı kəskin artıb. Mərkəzi Bankın məlumatına görə, sentyabrda nağd dollar alışı 95,4 milyon, oktyabrda 159,3 milyon olduğu halda, noyabrda bu rəqəm 2 dəfə artaraq 317 milyon dollara çatıb. 

Görəsən, hansı amillər nağd dollar alışına marağın artmasına səbəb olub? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı qaynarinfo-ya danışan Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirlinin fikrincə, nağd dollar alışının artmasına 3 amil səbəb olub:

"Azərbaycanda kənd təsərrüfatı məhsulları mövsümü bitib. Mövsümün bitməsilə isə ölkə daxilində ərzaq məhsullarına tələbat artıb. Bununla əlaqədar ölkəyə ərzaq məhsullarının idxalı artıb. Digər tərəfdən, dünyada ərzaq məhsulları bahalaşır. Bahalaşmanın özü də idxal etdiyimiz məhsulların qiymətinə təsir edir. İdxal prosesi isə dollarla həyata keçirilir". 

Ekspertin dediyinə görə, manatın devalvasiyası barədə gəzən söz-söhbətlər də sözügedən prosesə öz təsirini göstərib:

"Sentyabrdan başlayaraq ölkədə manatın yeni devalvasiyası barədə informasiyalar dövriyyəyə daxil olub. Bu, əhali arasında narahatlığa səbəb olduğundan vətəndaşlar ehtiyatda olan pul vəsaitlərini dollara dəyişməyə başlayıblar. Çünki dolların məzənnəsinin arta biləcəyini düşünürlər. Belə ki, son 2-3 ayda manatın dollara qarşı ucuzlaşması müzakirə mövzusu olub". 

A. Nəsirli düşünür ki, manata olan etibarın azalması da burada öz sözünü deyib: 

"Manatın inflyasiyası getdikcə artır. Qiymətlərin sürətlə bahalaşması ilə manat dəyərdən düşür. Bu da manata olan etibarı aşağı salıb. Ona görə sahibkarlar da əllərindəki ehtiyatları dollarda saxlamağa daha çox meyl edirlər. Bütün bunların nəticəsində son zamanlar ölkədə dollara tələbat xeyli artıb. Bu tələbatın nəticəsi olaraq da Neft Fondunun keçirdiyi hərracların həcmi artıb. Konkret olaraq, proses ondan xəbər verir ki, hazırda manat devalvasiyaya hamilədir. Ona görə də hərraca çıxarılan vəsaitlər artıb". 

Milli.Az


Etiketlər:  Azərbaycanda son üç ay dollara tələbatın iki dəfə artım səbəbi nədir


RƏYLƏR