Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşı artırıldı

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşı artırıldı

Tarix: 23 Dekabr 2021 16:42

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Etiketlər:  Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşı artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ