Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əmək pensiyası ARTIRILIR

Əmək pensiyası ARTIRILIR

Tarix: 24 Dekabr 2021 14:40

Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.

Milli.Az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Milli.Az


Etiketlər:  Əmək pensiyası ARTIRILIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ