Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 18:24
İranla Şri-Lanka neftə görə əvvəlki illərdən yığılıb qalmış borcun ödənişi ilə bağlı razılığa gəlib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman-Pak bildirib.
Söhbət əvvəlki illərdə alınmış neft məhsullarından gedir. Şri-Lanka hökuməti 251 milyon dollar borcun əvəzində bu ölkəyə çay tədarük etməyi qərara alıb. ABŞ-ın sanksiyalarına görə bu qədər məbləği İran banklarına transfer etmək mümkün deyil. Digər tərəfdən, Şri-Lanka özü ciddi valyuta qıtlığı ilə üzləşib. Çay ərzaq məhsulu hesab edildiyi üçün heç bir sanksiya riski yaratmır.
Tehran da ölkədən valyuta axınını azaltdığı üçün neft əvəzinə çay alınmasına müsbət yanaşır.