Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada qaz kəskin ucuzlaşdı

Avropada qaz kəskin ucuzlaşdı

Tarix: 25 Dekabr 2021 09:00

Avropada təbii qazın qiyməti ucuzlaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Niderland TTF indeksi üzrə yanvar fyuçerslərinin dəyəri bu gün təxminən 22 faiz azalıb.

Yanvar ayı üçün təxirə salınan təbii qaz müqavilələrinin qiyməti gün ərzində 123 avro səviyyəsinə yüksəlib. Daha sonra 110 avro səviyyəsində qalıb.

Qeyd edilir ki, istiliyin artması və ABŞ-dan yola düşən çox sayda LNG tankerlərinin yaxın həftələrdə Avropa limanlarına çatması qaz qiymətlərini aşağı salıb.

Avropa İttifaqı ölkələri hazırda təbii qaz ehtiyaclarının 90 faizini idxal edir.

Milli.Az


Etiketlər:  Avropada qaz kəskin ucuzlaşdı


RƏYLƏR