Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 09:06
İtaliya millisinin baş məşqçisi Roberto Mançini dünya çempionatının final mərhələsinə yollanma şanslarını dəyərləndirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, təcrübəli mütəxəssis komandasının Qətərdəki mundialda iştirak edəcəyinə inanır.
Mançini DÇ-2022-nin seçmə qrup mərhələsində İsveçrədən geri qalmalarını normal hesab edir. Son Avropa çempionu yenə də pley-off mərhələsində qələbəyə inanır: "Mən nikbinliyimi qoruyuram. Çünki İsveçrə ilə qrupdakı mübarizənin çətin olacağını bilirdim. Bazeldəki görüşdə (0:0) üstün olduq, amma uğursuzluq da var. Xoşbəxtlikdən başqa şansımız var və Qətərə getmək üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, İtaliya millisi pley-off mərhələsinin yarımfinalında gələn il martın 24-də Şimali Makedoniya ilə qarşılaşacaq. Qələbə qazanan komanda Türkiyə - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq və finaldan üstün ayrılan yığma final mərhələsinə yollanacaq.