Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''a Avroliqada 6 deyil, daha çox oyun keçirməyi arzulayıram'' - Rövnəq Abdullayev

''Qarabağ''a Avroliqada 6 deyil, daha çox oyun keçirməyi arzulayıram'' -  Rövnəq Abdullayev

Tarix: 30 Avqust 2019 17:36

“Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə “Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm".
 
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun rəsmi saytına açıqlamasında deyib.

Federasiya rəhbəri ardıcıl 6-cı dəfə avrokuboklarda qrupa vəsiqə qazanan “Qarabağ”ın azarkeşlərinə, ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşatdığını bildirib: "İllər öncə “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir. Klublarımızın dəfələrlə UEFA Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq. Artıq qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”.
 


Etiketlər:  Qarabağa Avroliqada deyil daha çox oyun keçirməyi arzulayıram Rövnəq Abdullayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ