Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Levandovski ən reytinqli futbolçu oldu, Messi ilk "5-liy"ə düşə bilmədi

Levandovski ən reytinqli futbolçu oldu, Messi ilk

Tarix: 25 Dekabr 2021 17:56

2021-ci ildə Avropanın top-5 liqalarında çıxış edən ən reytinqli oyunçular müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "WhoScored" statistika saytı araşdırma aparıb.

Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski 8,08 xalla bütün rəqiblərini qabaqlayıb. İngiltərə "Liverpul"unda çıxış edən Məhəmməd Salah 7,89 xalla ikinci, Fransa PSJ-sindən Kilian Mbappe 7,80 xalla üçüncü olub.

İspaniyanın "Real Madrid" komandasının forvardı Kərim Benzema (7,75) və İtaliya "İnter"indən Hakan Çalhanoğlu (7,48) növbəti pillələrdə qərarlaşıb. PSJ-də çıxış edən və bu il "Qızıl top" mükafatını qazanan Lionel Messi siyahıda yer almayıb.

Milli.Az


Etiketlər:  Levandovski ən reytinqli futbolçu oldu Messi ilk 5 liyə düşə bilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ