Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ömürlük bir-birimizə bağlıyıq''

''Ömürlük bir-birimizə bağlıyıq''

Tarix: 25 Dekabr 2021 21:20

Məşhur "Titanik" filmində rol alan Hollivud ulduzu Keyt Uinslet tərəf müqabili aktyor Leonardo Di Kaprio ilə bağlı etiraf edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa pandemiya səbəbindən 3 ildən sonra Los-Ancelesdə həmkarı ilə yenidən bir araya gəlib. O, həmin zaman keçirdiyi duyğulardan danışaraq, göz yaşlarına hakim ola bilmədiyini boynuna alıb:

"Onu ömrümün yarısı qədər tanıyıram. Həmin görüşdə ağladım. COVID-19 səbəbiylə bir-birimizi görə bilmədiyimiz üçün darıxmışdıq. O, mənim ən yaxın dostumdur. Ömürlük bir-birimizə bağlıyıq".

Qeyd edək ki, "Titanik" 1997-ci ildə lentə alınıb. O zaman ekran işində "Rouz" obrazını canlandıran Keytin 21, "Cek"i ifa edən Di Kaprionun isə 22 yaşı var idi. Onlar daha sonra 2008-ci ildə "İnqilabçı yol" filmində ər-arvad roluna çəkiliblər.


Etiketlər:  Ömürlük birimizə bağlıyıq


RƏYLƏR