Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın “görünməz təyyarə”si radara düşdü - Lağa qoyuldu... - FOTO

ABŞ-ın “görünməz təyyarə”si radara düşdü - Lağa qoyuldu... - FOTO

Tarix: 26 Dekabr 2021 15:38

ABŞ-ın "görünməz təyyarə" adlandırdığı Hərbi Hava Qüvvələrinə aid B-2 bombardmançı təyyarəsi (Northrop Grumman B-2 Spirit) "Google Earth" proqramına yaxalanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ABŞ döyüş təyyarəsinin "Google Earth" tərəfindən görüntüsünün çəkilməsi sosial şəbəkə izləyiciləri tərəfindən lağa qoyulub.

Radarlara düşmədiyi üçün "görünməz təyyarə" kimi tanınan B-2 bombardmançı təyyarəsi Missuri ştatında bir ferma üzərində uçarkən "Google Earth" tətbiqinin peyk görüntüsünə düşüb.

Sosial şəbəkələrdə ABŞ bombardmançısını fermalara tarlalara dərman səpən təyyarələrə bənzədiblər və bunun olduqca gülməli olduğunu yazıblar.

Milli.Az


Etiketlər:  ABŞ görünməz təyyarəsi radara düşdü Lağa qoyuldu FOTO


RƏYLƏR