Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erkən yaşlarda uşağa şirin çay verilməsi məsləhət deyil

Erkən yaşlarda uşağa şirin çay verilməsi məsləhət deyil

Tarix: 26 Dekabr 2021 21:51

Çayın faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də olur. Xüsusilə də səhər süfrələrində çox istifadə edilən şirin çayın xeyli ziyanlı təsirləri var. Böyüklər şirin çayı səhərlər içsələr də, azyaşlılara günün müxtəlif saatlarında içirirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bildirir ki, xüsusilə 1 yaşınadək körpələrə, nəinki şirin çay, meyvə şirələri də vermək yolverilməzdir: "Tədqiqatlar göstərib ki, şəkər damar divarını zədələdiyinə görə, şirin su və şirin çay istifadəsi uşaqlarda gələcəkdə şəkərli diabet, yüksək qan təzyiqi, erkən diş çürükləri riski yaradır. Çayın tərkibində kofein olduğuna görə, sinir sistemində oyadıcı təsirə, uşaqda yuxu pozğunluğu və əsəbi oyanıqlıq hallarına səbəb olur. 3 yaşına qədər uşaqlara çay verməməyi, şirin çayın isə ümumiyyətlə, içilməməsi tövsiyə olunur".

Şirin çay iştahasızlığa, çəki artımına və əsəbiliyə aparıb çıxarır. "Uşaqlara süni şəkər əvəzinə təbii şəkər verilməsi məsləhətdir. 1 yaşdan sonra təmiz bal, təbii meyvə və tərəvəzlərdən alınan şəkər onların gündəlik tələbatını ödəməyə kömək edir",- deyə həkim-pediatr əlavə edib.

Mütəxəssislər bildirirlər ki, şirin çaydan həddindən artıq istifadə zaman keçdikcə orqanizmdə şəkər asılılığı və artıq çəki problemi yaradır. Odur ki, sağlamlığın qayğısına qalmaq naminə çox sevilən qidalardan da imtina etməyi bacarmaq lazımdır.


Etiketlər:  Erkən yaşlarda uşağa şirin çay verilməsi məsləhət deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ