Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 11:48
Ukrayna Prezidenti Vladimir Zelenski antirusiya siyasətini davam etdirərsə, o zaman Ukrayna Rusiyaya birləşdirilə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"Mən əminəm ki, əgər cənab Zelenski və onun komandası belə davranarsa, o zaman Ukrayna ölkəmizə birləşdirilməlidir. Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu, mənim fikrimdir", - Kadırov bildirib.
O, Ukrayna problemini özü həll etməyə hazır olduğunu da bildirib:
"Mənə göstəriş verilsəydi, bu məsələni çoxdan həll edərdim. Ya Ukraynanı Çeçenistana birləşdirərdim, ya da çoxdan Ukraynanı götürərdim, məsələni orada həll edərdim. Amma hökumətin sazişləri var ki, belə qərarların qəbuluna imkan vermir", - deyə Çeçenistan rəhbəri qeyd edib.