Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 18:45
Müğənni Rafet El Roman maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, aparıcı Emin Musəvinin müsahibi olan sənətçi tez-tez səfər etdiyi Bakı ilə bağlı təəssüratlarını bölüşüb.
Aparıcı ifaçı ilə olan müsahibəsini şəxsi instaqram hesabında yayımlayıb:
"Bir nömrəli ifaçı Rəşid Behbudov mənim ürəyimdədir. Azərbaycan musiqilərini çox sevirəm. Necə ifa edirlərsə, insan heyran olur. Bir də Aygün Kazımovanın səsini bəyənirəm. Röyanı da sevirəm, səhnə də paylaşmışıq. Buranın özünəməxsus rəqslərini, musiqisini bəyənirəm.
Bakının gecə, işıqlı küçələrini, mərkəzini çox sevirəm. Bütün Bakını yeriyərək gəzə bilərəm. Nərə balığını da sevirəm. Burada insanlar bilmir, amma mən gələndə oteldə qalıram. Gecə papağımı taxıb küçəyə çıxıb, bütün şəhəri ayaqla gəzirəm".