Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 00:24
Bakı. Trend:
Atlantik okeanında formalaşan "Dorian" qasırğasının gücü 3-cü dərəcəyə qədər yüksəlib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın qasırğaların müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər.
Məlumata əsasən, qasırğanın episentrində küləyin sürəti saatda 185 kilometr təşkil edir.
Bildirilri ki, hazırda "Dorian" Floridada yerləşən Vest-Palm Biçdən min kilometr aralıdadır və təxminən saatda 17 kilometr sürəti ilə hərəkət edir. Mütəxəssislərin sözlərinə görə, qasırğa sentyabrın 2-si yarımadaya çatacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin