Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir Emreli azarkeşlərin ona hücumundan danışdı

Mahir Emreli azarkeşlərin ona hücumundan danışdı

Tarix: 28 Dekabr 2021 08:04

"Baş verən insident, azarkeşin qəzəblənməsi normal haldır".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu İctimai TV-nin efirində yayımlanan "Bol İdman" verilişində Polşa "Legiya"sında çıxış edən millimizin hücumçusu Mahir Emreli deyib.

O bildirib ki, Azərbaycanda belə bir hadisə ola bilməz:

"Nə mənada normal haldır? Belə hadisə "Legiya"da əvvəllər də olmuşdu. Bizə hücum edənlər klubun xuliqanları idi. Maskada idilər, çox da maraqlanmadıq. Amma gözləyirdik belə bir şeyin olacağını. Gecə vaxtı idi, mən arxa sırada oturmuşdum. Nə baş verdiyini görmürdüm.

Belə şəkildə yox, ümumiyyətlə, azarkeşlərin qəzəblənməyi normal haldır. Mən ora getdiyim gündən 15-30 mindən az azarkeşin önündə oynamamışam. Bütün matçlarda bizi dəstəkləyiblər. Amma bizim anlayışla desək, aradakı pərdəni götürmək olmaz. Bu azarkeşlər qeyri-adekvat hərəkət etmiş oldular".

Qeyd edək ki, Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər.


Etiketlər:  Mahir Emreli azarkeşlərin hücumundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ