Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada 2 ton kokain müsadirə edilib

Braziliyada 2 ton kokain müsadirə edilib

Tarix: 29 Dekabr 2021 22:56

Braziliyanın gömrük xidməti Santus limanında 2 ton narkotik vasitə aşkar edib.

Milli.Az APA-ya istinadən bildirir ki, 700 kiloqram kokain İspaniyaya göndərilən portağal şirələrinin arasında gizlədilib. Bundan başqa, yarım tonadək narkotik vasitə şəkər kisələrinin arasında, bir o qədəri də kofe konteynerində aşkar olunub.

Narkotik vasitə xüsusi rentgen cihazlarının köməyi ilə aşkar edilib. Braziliya gömrüyü son 6 ildə təkcə Santus limanından xaricə 16 ton narkotik vasitə göndərilməsinin qarşısını alıb.

Milli.Az


Etiketlər:  Braziliyada 2 ton kokain müsadirə edilib


RƏYLƏR