Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 12:54
5 dəfə dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev Bakı Baş Gömrük İdarəsində işlə təmin olunmağını istəyir.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, idmançı atasının arzusunu yerinə yetirmək niyyətində olduğunu qeyd edib:
"Narazı qaldığım bir məqam var. İstəyirəm ki, işlə təmin olunum. Artıq 36 yaşım var. Nə vaxt işə düzələcəm? Buradan məni müəllimlər izləyirlərsə, Bakı Baş Gömrük İdarəsində işlə təmin etsinlər. Karyera bir yerə qədərdir. Bu mənim istəyim yox, atamın arzusudur ki, dövlət işçisi olum. Bu sistem işi də ola bilər, fərqi yoxdur. Əsas məqsəd vətənimə xidmət etməkdir".
R. Ağayevin sözügedən çıxışı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Əksər istifadəçilər karateçini istəyi ilə bağlı qınayıblar.