Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırmızı yosunlarda İİV-i məhv edən maddə aşkarlanıb

Qırmızı yosunlarda İİV-i məhv edən maddə aşkarlanıb

Tarix: 30 Dekabr 2021 21:06

Rusiya alimləri Sakit okean qırmızı yosunlarında İİV virusunun bir hissəsini məhv edən maddə aşkar ediblər.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "International Journal of Molecular Sciences" jurnalında dərc olunub.

Yosunların tərkibində insan immunçatışmazlığı virusunun hissəciklərinə bağlana bilən və onun immun hüceyrələrinə daxil olmasına mane ola bilən karagenan şəkərləri olduğu bildirilir.

Tədqiqatın müəlliflərindən biri, Rusiya Elmlər Akademiyasının (Vladivostok) Uzaq Şərq Bölməsinin Sakit Okean Bioorqanik Kimya İnstitutunun elmi işçisi İrina Ermak qeyd edib ki, qeyd şəkərlərin toksikliyi yoxdur. O, şəkərlərin aşağı konsentrasiyalarda, xüsusən də İİV-ə qarşı yüksək antiviral təsir göstərdiyini söyləyib. Maddə Tichocarpus crinitus növ yosunlarda olur.


Etiketlər:  Qırmızı yosunlarda İİV məhv edən maddə aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ