Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suyu qaynadıb içməyin ZƏRƏRLƏRİ

Suyu qaynadıb içməyin  ZƏRƏRLƏRİ

Tarix: 30 Dekabr 2021 22:06

Bəzən su çirkli olduğuna görə, onu qaynadıb içirik. Su qaynayan zaman tərkibindəki kalsium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək, su mineralsızlaşır.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb. Su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır. Xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır. Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.

Daimi qaynadılmış su içən insanların dəriləri sönük (əksinə, çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.

Bundan əlavə, suyu zərərsizləşdirmək üçün suya vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hazırda sutəmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləmək olar. Və ya marketlərdə təmiz içməli sular satılır, onlardan da istifadə mümkündür.

"Bəzən suyu daşdan süzüb istifadə edirlər, daş suyu mexaniki təmizləmək üçün çox yaxşıdır, daşdan süzülmüş su şəffaf olur", - deyə həkim tövsiyələrini verib.


Etiketlər:  Suyu qaynadıb içməyin ZƏRƏRLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ