Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 22:27
Son zamanlar Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alan leykemiyalı uşaqların valideynləri "Leykemiya ilə Mübarizə" İctimai Birliyinə şifahi müraciət edərək qeyd edirlər ki, uşaqların müalicəsi üçün vacib olan əksər dərmanların təminatında ciddi problemlər yaranmışdır.
Faktı Birliyə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbər şəxsləri də təsdiq ediblər və qeyd ediblər ki, hazırda Mərkəzdə müalicə alan pasiyentlərin dərman təminatında problemlər yaşanır və buna səbəb müvafiq qurumlar tərəfindən mərkəzin dərman təchizatında yaranan problemlərdir.
"Leykemiya ilə Mübarizə" İctimai Birliyi yaranan vəziyyətdən narahatçılığını bildirir və müvafiq qurumlara Milli Hematologiya və Transfuziologiya Mərkəzində yaranan dərman təminatı problemlərini həll etmək üçün müvafiq addımların atılmasını xahiş edir.