Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 23:36
Gecə saatlarında meydana gələn şiddətli göz ağrısı ilə özünü göstərən və göz miqreni adlanan ağrılar daha çox kişilərdə görülür.
İstifadə edilən bəzi dərmanlarla göz miqreninin qısa müddətdə qarşısının alına biləcəyini ifadə edən mütəxəssislər, hər il müəyyən dövrlərdə göz miqreninin təkrarlana biləcəyi barədə də xəbərdarlıq edirlər.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, nevrologiya mütəxəssisləri "göz miqreni"nin əslində miqren deyil, baş ağrısı olduğunu bildirirlər.
Göz miqreninin müalicəsinin klassik miqrendən bir qədər fərqlidir və klassik miqrendə olduğu kimi 4-5 aylıq müalicə müddətinə ehtiyac görülmür.
Bəzi dərmanlarla ağrının qarşısını qısa müddətdə almaq olur. Bununla belə, bu növ ağrı adətən ilin müəyyən bir vaxtında çoxalmağa meyllidir. Ağrılar hər il müəyyən vaxtlarda təkrarlana bilir.