Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda iki sərxoş kişini maşın vurub

Tovuzda iki sərxoş kişini maşın vurub

Tarix: 31 Dekabr 2021 00:00

Tovuzda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Ələsgər Ələkbərov və 1992-ci il təvəllüdlü Orxan Hüseyonovu vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə vaxtı hər iki şəxs sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Tovuzda sərxoş kişini maşın vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ