Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışda D vitaminini artırmaq üçün 2 məhsul

Qışda D vitaminini artırmaq üçün 2 məhsul

Tarix: 31 Dekabr 2021 17:15

Rusiyalı diyetoloq Mixail Ginzburq qışda orqanizmdə D vitamini çatışmazlığını aradan qaldırmağın yollarını açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ekspert izah edib ki, D vitamini orqanizmdə günəş işığının təsirilə əmələ gələn multifaktorial hormondur. Xüsusən də qış aylarında orqanizmdə bu vitaminin kəskin çatışmazlığı yaranır.

Ginzburgun sözlərinə görə, bunu aradan qaldırmağın ən təsirli yollarından biri balıq yağı və ya treska balığının qaraciyəri, balıq kürüsü kimi D vitamini ilə zəngin məhsullarla qidalanmaqdır.

Eyni zamanda, skumbriya kimi yağlı dəniz balıqlarını da həftədə üç-dörd dəfə yemək lazımdır.

Mütəxəssis xatırladıb ki, D vitamini təkcə osteoporozdan müdafiə etmir, həm də beyni yaşa bağlı dəyişikliklərdən qoruyur, infarkt və insultun qarşısının alınması üçün ürək-damar sisteminə kömək edir, eləcə də, immun sistemini möhkəmləndirir.


Etiketlər:  Qışda vitaminini artırmaq üçün məhsul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ