Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2022 16:00
Xalq artisti Nazpəri Dostəliyeva uzun fasilədən sonra instaqram hesabında öz fotosunu paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl oğlu Əlini itirən müğənni izləyicilərinə bayram təbriki yazıb.
"Günahsız keçən hər gün bayramdır, dostlar. Mən sizi Həmrəylik günü münasibətilə təbrik edirəm. Qoy, dostluğumuz möhkəm olsun. Ağrılı, acılı günlərimiz arxada qalsın" deyə, Dostəliyeva bildirib.
Qeyd edək ki, Nazpərinin oğlu Əli 40 yaşında vəfat edib.