Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sizə qliserinlə ağlayanlar qənim olsun”

“Sizə qliserinlə ağlayanlar qənim olsun”

Tarix: 3 Yanvar 2022 10:15

"Bəzən çəkdiyin əziyyətə, verdiyin enerjiyə, göstərdiyin peşəkarlığa heyfin gəlir".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri Feysbukda Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova paylaşıb.

O, fikirlərinə davam edərək bu sözləri əlavə edib:

"Ümumiyyətlə, mənim bəxt amilim belədir. İnsanlar (bizim sahədəkiləri nəzərdə tutmuşam) mənim layiq oldugum sözü mənə deməkdə, münasibəti mənə göstərməkdə xəsislik edirlər, qıymırlar...

Həyasızlıq edən, çəkiliş məkanlarında istedadsız canları ilə eqolarını nümayiş etdirən insanlara daha çox dəyər verirlər. 

Heyif... Sizə sözü çəkilişdə əzbərləyən, rola hazırlıqsız gələn, saatlarla çəkiliş meydançasında oturub yolunu gözlədiyiniz, 15 dubla çəkilən, eqosu tavan olan, qliserinlə ağlayan, yüz dəfə tapşırıq versəz də, aktyor (aktisa) kimi nə dediyinizi anlamayanlar qənim olsun".

Sənətçinin istifadəçiləri bu sözləri həmkarı Hüsniyyə Mürvətovaya ünvanlandığını düşünüb. Lakin o bu fikri təkzib edib:

"Hüsniyyə mənim dəyərli iş yoldaşımdır, niyə söz atım? Ümumi iş prosesindəki gördüklərimi yaza bilməyəcəyəm? Sizdən icazə almalıyam?".


Etiketlər:  Sizə qliserinlə ağlayanlar qənim olsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ