Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb bacısını 45 günlük komadan “Viaqra” oyatdı

Tibb bacısını 45 günlük komadan “Viaqra” oyatdı

Tarix: 4 Yanvar 2022 10:46

Britaniyanın Linkolnşir əyalətində COVID-19 səbəbilə komaya düşən tibb bacısı Monika Almeyda "Viaqra" iynəsi vurulduqdan sonra özünə gəlib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, peyvəndin hər iki dozasını almasına baxmayaraq, koronavirusu ağır keçirərək reanimasiya şöbəsinə düşüb.

Hadisə katoliklərin Milad bayramı ərəfəsində baş verib. Həkimlər ona daha çox erektil disfunksiya ilə əlaqəli olan "Viaqra" dərmanı vurublar.

Onlar xəstənin "Viaqra" ilə ayılmasını "kiçik Milad möcüzəsi" adlandırıblar.


Etiketlər:  Tibb bacısını günlük komadan Viaqra oyatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ