Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox çay içmək nə üçün ziyanlıdır?

Çox çay içmək nə üçün ziyanlıdır?

Tarix: 4 Yanvar 2022 19:03

Çay ən faydalı içkilərdən biri sayılır.

Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini açağı salır, orqanizmi təmizləyir, xərçəngin riskini azaldır.

Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur.

Saglamolun.az sizə çoxlu çay içməyin ziyanlarını təqdim edir:

1. Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların riskini artırır.

2. Sinir sisteminə qıcıqlandırıcı təsir edir, yuxu pozulmalarına, əsəbiliyə səbəb olur.

3. Diş emalına mənfi təsi edir.

4. Sidikqovucu təsirinə malik olduğundan böyrəkləri həddindən artıq yükləyir.

5. Orqanizmdə dəmirin sovrulmasını pisləşdirir ki, bu da hətta anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər.

6. Mədənin turşuluğunu artırır ki, bu da qastrit və xora xəstəliyindən əziyyət çəkənlərə ziyanlıdır. Ümumiyyətlə mədə turşuluğunun artması zamanı çayın istehlakını minimuma azaltmaq lazımdır.

7. Podaqra və artrit kimi xəstəliklərin riskini artırır.

8. Arterial təzyiqi artırır.

Milli.Az


Etiketlər:  Çox çay içmək üçün ziyanlıdır


RƏYLƏR