Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 11:02
Koronavirusun "Omikron" ştammı ilə yoluxduqdan sonra dünyasını dəyişən Danimarka sakinlərinin sayı 18 nəfər olub.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli Dövlət Dərman Vasitələri İnstitutu məlumat yayıb.
Sözügedən rəqəmin noyabrın 21-dən dekabrın 28-dək olan məlumatlara əsaslandığı bildirilib
Qeyd olunub ki, həmin dövrdə yeni ştamla 55 700 yoluxma halı aşkar edilib. Eyni müddət ərzində COVID-in digər məlum variantları səbəbindən 100 ölüm qeydə alınıb.
Bildirilib ki, Danimarkada ilk dəfə olaraq "Omikron" variantından ölüm halları təsdiqlənib.